Podolyak Ukrayna ilə bağlı mövqeyinə görə Kissinceri “Davosun çaxnaşma salanı” adlandırıb

0

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak keçmiş dövlət katibi (1973-1977) və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri (1969-1975) Henri Kissinceri Ukraynada  münaqişəsinin həlli ilə bağlı bəyanatlarına görə, “Davos hayküyçü, çaxnaşma salanı” adlandırıb.

“Cənab Kissincer Ukraynanın bir hissəsini Rusiyaya verməyi təklif etdiyi kimi, Polşa və ya Litvanın da əlindən alınmasına icazə verərdi. Yaxşı haldır ki, səngərdəki ukraynalıların” Davos hayküyçüsünün məsləhətlərinə qulaq asmağa vaxtı yoxdur. “Bir az məşğuldular” deyə Podolyak çərşənbə axşamı “Twitter” səhifəsində yazıb.

Bir gün əvvəl Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirmişdi ki, Avropada beynəlxalq münasibətlər görə, daha ciddi nəticələrin qarşısını almaq üçün, Ukraynada nizamlanma prosesinə yaxın iki ayda start verilməlidir.

Onun fikrincə, “ideal bölücü xəttin status-kvoya qaytarılması olardı”. Siyasətçi qeyd edib ki, Ukraynanın neytral statusuna nail olmaq və onun Rusiya ilə Avropa arasında körpü rolunu oynaması ölkə ətrafında mövcud vəziyyətdə əsas məqsəddir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »