İranda 10 mərtəbəli binanın uçması nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb – FOTO

0

İranın cənub-qərbində yarımçıq tikilinin uçması nəticəsində 10 nəfər ölüb, onlarla insan yaralanıb.

Dövlət mediası xəbər verir ki, xilasedicilər onlarla insanı Abadandakı 10 mərtəbəli Metropol ofisinin binasında hələ də sıxışışıb qalan insanları xilas etmək üçün, bütün gecəni çalışıblar.

Səlahiyyətlilər dağıntının səbəbinin araşdırıldığını bildiriblər.

Bölgənin qubernatoru İranın dövlət xəbər agentliyi İrna-ya bildirib ki, saatlarla binada qapanmış şəxslər xilas edilib və xəstəxanaya aparılıb.

Yerli prokuror Həmid Maranipur həm Metropol sahibinin, həm də tikinti podratçısının həbs edildiyini bildirib.

Qeyd edək ki, bina Abadanın ən işlək ticarət küçəsində yerləşir. Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 12:40 radələrində baş verən çökmə qəfil olub.

“Əvvəlcə mən bunun zəlzələ olduğunu düşündüm” dedi mağaza sahibi Əhməd bildirib.

İran Qızıl Aypara Cəmiyyəti bildirib ki, Abadan və qonşu şəhərlərdən 23 xilasetmə qrupu, həmçinin ondan çox təcili yardım maşını hadisə yerinə gəlib.В Иране обрушилось 10-этажное здание, есть погибшие

Əvvəlcə ən azı 80 nəfərin dağıntılar altında qaldığı ehtimal edilirdi, lakin bir neçə saatdan sonra xilasedicilər itkin düşənləri “onlarla” hesab edir.

Xəbər verilir ki, qapalı qalanların əksəriyyəti binanın birinci mərtəbəsində alış-veriş edirmiş.

Bazar ertəsi axşama yaxın qəzəbli sakinlər yerli hakimiyyətin hərəkətlərinə etiraz etmək üçün küçələrə çıxıblar.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »