Erməni əsirliyində olan sakinlərin geri qayıdacağına ümid edirik

0

44 günlük zəfər müharibəsindən sonra, erməni əsirliyində olan keçmiş Xocalı və digər rayonların sakinləri ilə yanaşı əsgər və zabitlərin ermənilər tərəfindən geri qaytaralıcağına inanırdıq.

Artıq iki ildir ki, müharibə bitib, əsirlikdə olan soydaşlarımızdan xəbər belə yoxdur. Əvvələr Kəlbəcər, Zəngilan, Xankəndi, Şuşa, Ağdərə ərazisində düşərgələrdə saxlanılan bu əsirlər müxtəlif ağır işlər görməyə məcbur edilirdilər. Artıq 30-ildir gözləri yollarda qalan ailələr sağ olduqlarına inandıqları əzizlərinin tapılmasına ümidlərini hələ də itirməyiblər.

Bunlardan biri də İbrahimova Fatma Mədət qızıdır.

1958-ci ildə Ermənistanda anadan olub. Ermənistandan qovulduqdan sonra ailə üzvləri ilə birlikdə Xocalıda məskunlaşıb. 1992-ci il fevralın 26-da Xocalının işğalı zamanı Fatma, onun həyat yoldaşı İbrahimov Alxan Əmirxan oğlu və oğulları Samir və Sabir girov götürülüb. Əvvəlcə Əsgəranda saxlanıblar.

Xocalı sakini Güleyşə Bəxtiyar qızı bildirib ki, Fatma və ailəsi 10 gün saxlandıqdan sonra ermənilər onun əri Alxanın başını kəsiblər. Fatmanın oğullarını azad etdilər və onları Güleyşəyə tapşırıblar. Ermənilər Fatmanı naməlum istiqamətə aparıblar. Güleyşə uşaqları Zərdab rayonunda yaşayan dayısına verib. Bu faktı əsirlikdən azad edilən Məmmədovanın oğlu Fərman Qəzənfər oğlu da təsdiqləyib.

Fərhad Əhməd oğlu Qəribovun sözlərinə görə, Gürcüstanla Ermənistan arasındakı kənddə yaşayan erməni Fatmanın atasına üz tutaraq bildirib ki, Fatma Şuşada saxlanılır, onun azadlığa buraxılması üçün 50 milyon rubl lazımdır. Dmanisi rayonunun sakinləri lazım olan məbləği toplayıb erməniyə veriblər. Lakin pulu alandan sonra yoxa çıxıb.

Çox inanırıq ki, belə şəxsləri mütləq tapacıq..ən azından öldürülüblərsə məzarlarının yerini biləcik

Zaur ƏLİYEV    Dosent

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »