Mayın 1-də Taylor və Serrano üz-üzə gələcək – VİDEO

0

Mayın 1-də Nyu Yorkdakı Madison Square Garden-da boks tarixinin ən titullu boksçusu, yüngül çəkidə şəksiz dəfə dünya çempionu, 35 yaşlı irlandiyalı Keti Teylor rinqə qayıdacaq. Ona yeddi çəki dərəcəsində dünya çempionu, 33 yaşlı puerto-rikalı Amanda Serrano rəqib olacaq.

Hazırda dünyanın ən yaxşı qadın boksçuları arasında Taylor birinci, Serrano üçüncü sıranı tutur. İkinci yeri indi qadın boksunda özünü bir nömrə hesab edən amerikalı Klaressa Şilds tutur. Taylor-Serrano döyüşünün qalibi dünyanın şəksiz ən yaxşı qadın boksçusu olacaq.

Dünən qızlar üz-üzə görüşüblər və onların promouterləri Eddie Hearn və Jake Paul 1 milyon dollar üçün mərc ediblər.

Nyu Yorkdakı tarixi MSG Arena, tarixində ilk dəfə boks/MMA tədbirinə ev sahibliyi edir, tədbir əsas qəhrəmanları qadın döyüşçüləridür.

Xatırladaq ki, qadın boksunda hələ də raundlara və vaxta məhdudiyyətlər var – kişi boksunda adi 12 raund 3 dəqiqədən fərqli olaraq, 2 dəqiqəlik 10 raunddur.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »