Mariupol sakinləri mühasirədə olan “Azovstal” polad zavodunu tərk ediblər.

0

Təxminən 20 mülki şəxsdən ibarət qrup cənub şəhərinin hələ də Ukrayna hərbçilərinin əlində olan sonuncu hissəsi Mariupoldakı Azovstal polad zavodunu tərk edib,

Bu, Rusiya prezidenti Vladimir Putinin keçən həftə nəhəng sənaye zonasının bağlanması əmrindən sonra, ərazini tərk edən ilk qrupdur.

Hələ də içəridə olan 1000 mülki şəxsin azad edilməsi üçün danışıqlar davam edir.

Bu arada Rusiyanın şərqdə hücumlarını gücləndirdiyi bildirilir.

Bir həftədən çox əvvəl Mariupolun tutulduğunu elan edəndən sonra prezident Putin öz qoşunlarına deyib: “Bu sənaye zonasına elə bir sədd  çəkin ki, milçək keçə bilməsin”.

Lakin Rusiya mediası şənbə günü 25 mülki şəxsin, o cümlədən 14 yaşından kiçik uşaqların Azovstal zavodunu tərk edə bildiyini yazıb, lakin qrupun hara aparıldığını açıqlanmayıb.

Bunu 20 qadın və uşaq olan polad zavodunun əsgərləri də təsdiqləyib.

Azov alayının komandir müavini Svyatoslav Palamar bildirib ki, onlar “uyğun yerə köçürülüblər və ümid edirik ki, onlar Zaporojyeyə, Ukraynanın nəzarətində olan əraziyə təxliyə olunacaqlar”.

Mariupol şəhərinin meri Vadim Boyçenko deyib ki, orada insanlar “həyatla ölüm arasındadır”.

“[İnsanlar] gözləyirlər, qurtuluş üçün dua edirlər… Onların həyatını xilas etmək üçün neçə gün və ya saata ehtiyacımız olduğunu söyləmək çətindir.”

Mariupolun alınması Moskvanın Ukraynanın bütün cənub sahillərini ələ keçirmək planlarına kömək edəcək ki, bu da Ukraynanın şərqindəki Donetsk və Luqansk kimi rusiyayönlü separatçı bölgələri Rusiyanın 2014-cü ildə şxal etdiyi Krımla birləşdirəcək. Dnestryanı Moldovada Ukraynanın qərb sərhədindən keçir.

Şənbə günü cənub-qərb liman şəhəri Odessada üç səs-küylü partlayış baş verib və rəsmilərin dediyinə görə, hava limanının uçuş-enmə zolağı dağıdılıb və onu yararsız hala salıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »