RF Müdafiə Nazirliyi Mariupolda 1000-dən çox əsgərin təslim olduğunu bildirib. -FOTO

0

Mariupolda 162 zabit və 47 qadın hərbçi də daxil olmaqla 1000-dən çox Ukrayna əsgəri könüllü olaraq təslim olub. Bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

“Mariupol şəhərində, İliç adına metallurgiya zavodunun ərazisində Rusiya silahlı qüvvələrinin və Donetsk Xalq Respublikasının polis bölmələrinin uğurlu hücum hərəkətləri nəticəsində 36-cı dəniz piyada briqadasının 1026 ukraynalı hərbçisi könüllü olaraq təslim olub. Ukrayna silahlı qüvvələrinin təslim olan hərbçiləri arasında 162 zabit, o cümlədən 47 qadın hərbçi də var”, – Konaşenkov bildirib.В МО РФ сообщили, что свыше 1 тысячи военных сдались в плен в Мариуполе -  Армия и ОПК - ТАСС

DXR Mariupolda Ukrayna Silahlı Qüvvələrinin minlərlə əsgərinin təslim olduğunu elan edib.

O bildirib ki, 36-cı dəniz piyada briqadasının 151 yaralı ukraynalı hərbçisinə yerində ilkin tibbi yardım göstərilib, sonra onların hamısı müalicə üçün Mariupol şəhər xəstəxanasına aparılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »