Putin Lukaşenkoya polkovnik rütbəsi vəd edib

0

Rusiya prezidenti Vladimir Putin Belarus rəhbəri Aleksandr Lukaşenkoya polkovnik rütbəsi verəcəyini vəd edib.

Xarici media xəbər verir ki, Belarus lideri bundan məmnun qalıb.

“Mən də polkovnik olsaydım, yaxşı olardı. Həqiqət budur ki, Putin mənə söz vermişdi, amma hələ də verməyib “, – deyə Lukaşenko danışıqlardan sonra keçirilən mətbuat konfransında gülərək deyib.

Putin cavabında bildirib: “Əgər söz vermişəmsə, yerinə yetirəcəyəm”.

Rusiya prezidenti əlavə edibki, Belarus rəhbərinə başqa dövlətin titulları çox lazım deyil:

“Aleksandr Qriqoryeviçin başqa dövlətin başçısının ona titullar verməsi lazım deyil. Onsuz da özü böyük rəisdir”.

Putin bildirib ki, özünün general rütbəsi yoxdur, amma xalqa sədaqətlə xidmət edir və hərbi rütbələr ilk növbədə hərbçilərə lazımdır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »