Videoya görə İrana qarşı bu ölkədə aksiyalar başladı

0

Əfqanıstanda İran əleyhinə aksiya keçirilib.

Aksiyalar Kabul, Xost, Herat da daxil olmaqla, bir neçə şəhərdə keçirilib.

İranda əfqanlara pis münasibətə etiraz edən etirazçılar Herat şəhərindəki İran konsulluğunun qapısını yandırıblar.

Yerli təhlükəsizlik xidmətləri bir neçə nümayişçini saxlayıb.

Kabulda İran səfirliyi qarşısına toplaşan aksiyaçılar İrandan əfqanlara qarşı zorakılığa son qoyulmasını tələb ediblər. Onlar əfqanlar üzərində zorakılığı əks etdirən videodan narazılıqlarını bildiriblər.

İran səfirliyi isə yayılan videoda məqsədin İran və Əfqanıstan arasında münasibətlərin korlanmasına cəhd adlandırıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »