Ermənistan Müdafiə Nazirliyi MDB-nin toplantısında təmsil olunacaq

0

Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti MDB ölkələrinin Hava Hücumundan Müdafiə Komitəsinin aprelin 12-də Çimkənddə keçiriləcək iclasında iştirak edəcək.

Modern.az xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, toplantıda  vahid hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi və çoxtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi məsələlərinə baxılacaq.

MDB ölkələrinin Hava Hücumundan Müdafiə Komitəsinin iclasında Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə nazirliklərinin nümayəndə heyətləri, həmçinin MDB İcraiyyə Komitəsinin və Şura katibliyinin nümayəndələri iştirak edəcəklər.

Koordinasiya komitəsinin və onun işçi orqanlarının ötən ildəki fəaliyyətinin nəticələrinə də yekun vurulacaq, qarşıdakı dövr üçün vəzifələr müəyyənləşdiriləcək, vahid hava hücumundan müdafiə sisteminə ayrılan qoşunların əməliyyat və döyüş hazırlığının birgə keçirilməsi məsələləri müzakirə olunacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »