Rusiya-Ukrayna müharibəsinin 22-ci günü… Rusiya təyyarələri mülki əhalinin gizləndiyi teatr binasını bombalayıb.- FOTO

0

Rusiyanın Ukraynaya hücumları 22-ci gündə də davam edib. Ukraynadan verilən açıqlamada Rusiya təyyarələrinin Mariupol şəhərində yüzlərlə mülki şəxsin gizləndiyi teatr binasını bombaladığı bildirilib. Ukraynanın açıqlamasını təkzib edən Rusiya isə, gün ərzində şəhərə heç bir hava zərbəsi endirilmədiyini bildirib.

Ötən həftə ruslar tərəfindən qaçırılan Mariupol şəhərinin meri azad edilib. ABŞ və 5 ölkə Ukraynada “müharibə cinayətləri” törədildiyini əsas gətirərək BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə yaxınlaşdıqca, bombardmanların intensivliyi günü-gündən artır. Güclü bombardmanların davam etdiyi Xarkovda rusların vurduğu binada sıxışanların təxliyəsi davam edərkən növbəti hücum baş verib.Rusya-Ukrayna savaşında 22. gün... Ukrayna: Rus uçakları sivillerin  saklandığı tiyatro binasını bombaladı | NTV

Rusiya qüvvələrinin Kiyevətrafı ərazilərdə, xüsusilə şimal-qərbdə Buça şəhəri və qərbdə Jitomirə gedən şosse ətrafında döyüşləri gücləndirdiyi bildirilir.

Xarkov vilayətində işğal başlayandan bəri ən azı 500 dinc sakinin öldürüldüyü bildirilir.

SAKİNLƏRİN GİZLƏNDİĞİ TEATR

Bildirilir ki, Rusiya təyyarələri Ukraynanın Mariupol şəhərində yüzlərlə dinc sakinin gizləndiyi teatr binasını bombalayıb.

Ukraynanın Mariupol Şəhər Şurasından verilən açıqlamada Rusiya təyyarələrinin yüzlərlə dinc sakinin gizləndiyi Mariupol Dram Teatrını bombaladığı, hücumda ölənlərin sayının hələ müəyyən edilmədiyi vurğulanıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da öz Twitter hesabında Rusiyanın hücumunu hərbi cinayət kimi qiymətləndirib. O, teatr binasının fotolarını paylaşıb.

Həftənin əvvəlində çəkilmiş peyk fotolarında binanın ətrafında rus dilində “UŞAQLAR” sözü diqqəti çəkib.

Rusiya Müdafiə Nazirliyi onların mülki əhalinin yerləşdiyi teatr binasını bombalaması ilə bağlı xəbərləri təkzib edib.

Rusiya Müdafiə Nazirliyinin Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev Ukrayna silahlı qüvvələrinin minalanmış teatr binasını bombalamaqla təxribat törətdiyini iddia edib.

BMT –dən TƏKLİF GƏLİB

Böyük Britaniya, ABŞ, Fransa, İrlandiya, Norveç və Albaniya BMT TŞ-ni Ukrayna ilə bağlı iclasa çağırıb. Çağırışla bağlı edilən açıqlamada Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyi və mülki insanları hədəf aldığı qarşıya qoyulub.

ZELENSKI danışıqlarda prioritetləri açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukraynada müharibə ilə bağlı Rusiya ilə danışıqlarda onun prioritetləri münaqişəyə son qoymaq, təhlükəsizliyə təminat vermək, suverenliyin və ərazi bütövlüyünün bərpasıdır.Son dakika... Rus uçakları sivillerin saklandığı tiyatro binasını bombaladı

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »