Rusiyanı bu tarixlərdə böyük fəlakət gözləyir: Çin Rusiyanın yerində…

0

Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Türkiyə Ukraynanın məğlub olmaması üçün hər şeyi edəcək:

İctimaiRəy.az-“Bəli, bir çox ukraynalı uşaq və qocanı öldürə biləcək ölümcül dəmir kütləsi var. Artıq bu gün Rusiya dünya maliyyə sistemindən kəsilib, texnoloji və istehsal zəncirləri qırılır, məlum olur ki, tezliklə əhalinin əsas ehtiyaclarının təmin olunmasında problemlər yaşayacaqlar. Humanitar fəlakət bir-iki aya Rusiyanın da qapısını döyəcək.

Ukrayna təcavüz qurbanı və qəhrəmanlıq nümunəsi kimi bu gün bütün dünya üçün əfsanəyə çevrildi. Rusiya isə hələ də kimlər üçünsə mütləq pislik olmasa da, yanan evlərin, ölən uşaqların fonunda bu damğadan qaça bilməyəcək.

Belə şəraitdə Pekin Rusiyanın yerini tutacaq alternativ dünya yaratmağa çalışacaq. Onlar mükəmməl başa düşürlər ki, Kreml artıq öz hərəkətləri ilə Rusiyanın demək olar ki, bütün sərvətlərini Çinə təhvil verib. Qərb də buna razılıq verib.

Rusiyada ehtiyacınız olan hər şeyi demək olar ki, pulsuz əldə etmək imkanı olarkən, Afrikaya niyə gedirsiniz? Beləliklə, çinlilərin tələsməyə heç bir yeri yoxdur.

Belə bir məqamda Türkiyənin Rusiya ilə münasibətləri Vaşinqton və Brüssellə müqayisədə daha tez tənzimləmək imkanı yaranır. Ankara şübhəsiz ki, mövcud vəziyyətdən onun üçün önəmli məsələləri sıxışdırıb çıxarmaq üçün hər şeyi edəcək. Eyni zamanda onu da qeyd edim ki, əsasda Türkiyə Rusiyanın Ukraynanı heç bir şərtlə məğlub edə bilməməsi üçün hər şeyi edəcək”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »