Zelenski Ukraynanın ehtiyatda olan hərbçilərini orduya çağırıb

0

Zelenski Ukraynanın ehtiyatda olan hərbçilərini orduya çağırıb

Ukrayna Prezidenti ölkənin ehtiyatda olan hərbçilərinin orduya çağırıldığını elan edib.

Bu barədə Ictimairəy.az  Rusiya mətbuatına istinadən xəbər verir. Zelenski bildirib ki, o, Ukrayna ordusuna ehtiyatda olan hərbçilərin çağırılması haqqında fərman verib.

“Bu gün ümumi səfərbərliyə ehtiyac yoxdur. Biz Ukrayna ordusunu və digər hərbi birləşmələri tez bir zamanda yekunlaşdırmalıyıq. Mən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi xüsusi müddət ərzində ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması ilə bağlı fərman vermişəm”, – dövlət başçısı ukraynalılara müraciətində deyib.

Ukrayna liderinin sözlərinə görə, yaxın vaxtlarda ehtiyatda olan ərazi müdafiəçiləri üçün təlim keçiriləcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »