MÖCÜZƏ: Dünyanın ən böyük kruiz gəmisi suya enir-FOTO

0

Dünyanın ən böyük kruiz gəmisi suya enir

Ölçüsü Eyfel qülləsindən daha böyük olan dünyanın ən böyük kruiz gəmisi olan “Dənizlərin Möcüzəsi” suya enməyə hazırlaşır. Martın 4-də ABŞ, Floridadan Karib dənizinə ilk səfərini edəcək 362 metrlik nəhəng gəmi 18 göyərtəsi, 6 min 988 sərnişini və 2 min 300 heyət tutumu ilə diqqət çəkib.

Keçən ay tikintisi başa çatan dünyanın ən böyük kruiz gəmisi “Wonder of the Seas” suya enməyə hazırlaşır.

362 metr uzunluğundakı gəminin ilk səfərinə martın 4-də çıxacağı, nəhəng gəminin isə ABŞ-ın Floridasından Karib hövzəsinə gedəcəyi bildirilir. kruiz gəmisi

Eyfel qülləsindən daha hündür olan 18 göyərtəli sərnişin gəmisi Fransanın Saint-Nazaire şəhərindəki Chantiers de l’Atlantique tərsanəsində inşa edilib və 6988 qonaq və 2300 ekipaj tutumu ilə dünyanın ən böyük gəmisi olub.

Gəminin əməliyyatlar üzrə vitse-prezidenti Mark Tamis ilk səyahəti şərh edərək deyib: “Biz altı illik bir müddətdən sonra, dünyanın hər yerindən gələn qonaqlara Dənizlərin Möcüzəsini və onun dünya səviyyəli xüsusiyyətlərini təqdim etməkdən məmnunuq”. kruiz gəmisi

“Planlaşdırmadan çatdırılmaya qədər biz şirkət üzrə geniş təcrübəmizdən istifadə etdik və qonaqların təklif və rəylərini birləşdirərək həqiqətən heyranedici bir möcüzə yaratdıq” – Tamis fəxrlə deyib.

May ayında Barselona və Romadan Qərbi Aralıq dənizi kruizlərinə başlamazdan əvvəl gəminin mart ayında Florida ştatının Fort Lauderdale şəhərindən Karib dənizinə beş-yeddi gecəlik kruizlər etməyə başlayacağı vurğulanıb.World's largest cruise ship the Wonder of the Seas completes sea trials - and will debut in 2022- Vigour Times

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »