TÜRKİYƏ – İbrahim Kalın: Rusları dinləmək lazımdır

0

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Qərbin anti-Rusiya sanksiyaları əsas problemlərin həllinin təxirə salınmasına gətirib çıxarır.

İctimairey.az xəbər verir ki, bu barədə  Kalın Almaniyanın “Die Wielt” qəzetinə verdiyi müsahibəsində deyib:

“Rusiyaya qarşı sanksiyalar işləmir. Siz sadəcə olaraq problemləri təxirə salırsınız. Qarşı tərəfi dinləmək və onun strateji maraqlarını anlamaq daha yaxşıdır. Rusiya NATO tərəfindən təhlükə hiss edir. Sovet İttifaqının dağılmasından 30 il sonra, prezident Putin sərhədləri yenidən çəkmək və strateji müttəfiqlikləri yeniləmək istəyir”.

Rusiya və Ukrayna münaqişəsində Türkiyənin mövqeyi ilə bağlı sualı cavablandıran Kalın 21-ci əsrin yeni çağırışlarına işarə edib və əlavə olaraq bildirib:

“Buna görə də biz hər iki tərəfin özlərini təhlükəsiz hiss etdiyi yeni qaydalar və prinsiplər yaratmalıyıq. Bu o demək deyil ki, Rusiyadan gələn hər hansı tələbi yerinə yetirməlisən, ancaq rusları dinləmək lazımdır.

Türkiyənin NATO-ya üzvlüyündən danışan Kalın qeyd edib:

“Biz əsas üzvüyük. Lakin bu o demək deyil ki, biz Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq, Afrikadakı digər ittifaqlarda iştirak etməyəcəyik, Rusiya və ya Çinlə yaxşı münasibətlər saxlamayacağıq”.

O, həmçinin əlavə etdi:

“Bizimlə əlaqə saxlayan heç kəsi rədd etməyəcəyik. Coğrafiyamız bizi buna məcbur edir, həm də kömək edir. Təbii ki, bu o demək deyil ki, biz hər şeydə razılaşmalıyıq. Hətta Rusiya ilə. Biz Krımın ilhaqını tanımırıq. Biz onun Suriyadakı siyasətini və Liviyadakı Vaqneritləri dəstəkləmirik, amma buna görə də bir-birimizlə dərhal döyüşmək lazım deyil”.

Xatırladır ki, Türkiyə son vaxtlar dəfələrlə NATO müttəfiqlərini Rusiyanın fikrini dinləməyə çağırıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »