SON XƏBƏR: Almaniya Frank-Valter Ştaynmayeri bu gün yenidən prezident seçəcək

0

Almaniyanın xüsusi konstitusiya orqanı Federal Məclis hazırkı prezident Frank-Valter Ştaynmayeri ikinci müddətə seçmək üçün, bu gün bazar günü toplanacaq.

Federal Məclis, bir qayda olaraq, beş ildə bir dəfə – yalnız prezidenti seçmək üçün toplanır. Bu konstitusiya orqanı Bundestaqın deputatlarından və federal əyalətlərin parlamentlərinin nümayəndələrindən ibarətdir. Bu dəfəki iclasda 1472 deputat iştirak edəcək.

Bundan əvvəl Ştaynmayerin namizədliyini artıq ən böyük siyasi qüvvələr – Almaniya Sosial Demokrat Partiyası, Xristian Demokrat və Xristian Sosial İttifaqları, Yaşıllar, Azad Demokrat Partiyası dəstəkləyib. Beləliklə, Ştaynmayer lazım olan 737 səslə 1223 səsə arxalana bilər.

Almaniya üçün Alternativ partiyası Maks Ottenin prezidentliyə, Sol Partiyası Gerhard Trabertin, Azad Seçicilər Partiyası Stefani Qebauerin namizədliyini irəli sürüb. Yerli müşahidəçilərin fikrincə, onların qalib gəlmək şansları yoxdur.

BILD-in şənbə günü verdiyi məlumata görə, dekabr ayında hökumət başçısı vəzifəsindən və siyasətdən istefa verən keçmiş kansler Angela Merkel də federal məclisin nümayəndəsi olacaq.

Ştaynmayer siyasi karyerasına sosial demokrat kimi başlayıb. O, iki dəfə – 2005-2009 və 2013-2017-ci illərdə xarici işlər naziri vəzifəsində çalışıb. O, 2017-ci ildə dövlət başçısı postunda Yoahim Qauku əvəzləyib. Prezidentlik dövründə AFR-də mövcud olan siyasi ənənəyə uyğun olaraq, Ştaynmayer öz partiyasının sıralarını tərk edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »