David Babayan: “Dağlıq Qarabağın Ermənistan və xarici dünya ilə əlaqəsi Azərbaycan tərəfindən idarə oluna bilməz”

0

Dağlıq Qarabağın Ermənistan və xarici dünya ilə fasiləsiz əlaqəsi təmin edilməlidir və bu əlaqə Azərbaycan tərəfindən idarə oluna bilməz. Qondarma “Artsax”-ın qondarma “XİN naziri” David Babayan bu barədə Ermənistan Milli Elmlər Akademiyasında keçirilən iclasda bildirib.

Laçından yan keçən yolun tikintisinin mümkünlüyü, bunun nəticəsində bir neçə erməni kəndinin Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı sualı cavablandıran “nazir”, fasiləsiz əlaqə məsələsinin Artsax hakimiyyətinin diqqət mərkəzində olduğunu vurğulayıb. “Heç bir yekun qərar yoxdur, danışıqlar gedir. Biz öz maraqlarımızı müdafiə edəcəyik”, – deyə vurğulayıb.

“Dağlıq Qarabağın Ermənistan və xarici dünya ilə fasiləsiz əlaqəsi təmin edilməlidir və bu əlaqə Azərbaycan tərəfindən idarə oluna bilməz. Bu baş verməyəcək. Azərbaycandan keçid məntəqəsinin quraşdırılması ilə bağlı danışıqlar olub. Bu, qətiyyən qəbuledilməzdir”, – David Babayan bildirib.

 

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »