Baş Prokurorluq prokurorluq orqanlarının veteranlarını TƏBRİK edib

0

Baş Prokurorluğun əməkdaşları prokurorluq orqanlarının veteranları Rüfət Səfərəliyev və Cəmil Fərzəliyevi ziyarət etmişlər

7 fevral tarixində Baş Prokurorluğun əməkdaşları uzun illər prokurorluq orqanlarında məsul vəzifələrdə işləmiş Rüfət Səfərəliyevi 70 illik və Cəmil Həsənəliyevi 85 illik yubileyləri münasibətilə Baş Prokurorluğun rəhbərliyi adından təbrik etmiş, onlara uzun ömür, möhkəm can sağlığı arzulamışlar.

İctimairey.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğının göstərildiyi vurğulanmaqla qurumun fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdən söhbət açılmışdır.

Təbriklərə görə təşəkkürlərini bildirən yubilyarlar uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək onlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »