Rəşad Nəbiyev: “TEXNOFEST” gənclərimizin texnologiyaya marağının artmasına təkan verəcək

0

100 faiz türk brendi olan “TEXNOFEST”in Azərbaycanda keçirilməsi qardaşlığın, dostluğun, strateji tərəfdaşlığın təzahürüdür.

İctimairey.az  xəbər verir ki, bu barədə fevralın 7-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsinin əsas qəhrəmanlarından biri “Bayraktar” dronları gənclərin texnologiyaya axınının əsas nümunəsidir.

“Festival gənclərimizin texnologiyaya marağının artmasına təkan verəcək. “TEKNOFEST” həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımız üçün buraya dəvət edilmiş vençur fondları və mentorlarla əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayacaq”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalı texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək.

Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq.  Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.

Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, Pilotsuz Uçan Aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz layihələrini təqdim edəcəklər. Festivalda müxtəlif kateqoriyalar üzrə çoxlu saytda müsabiqələr keçiriləcək. Belə ki, Avropa Kuboku Roket Liqası Oyunu ilə yerli startapları xarici investorlarla bir araya gətirəcək “Take Off Azərbaycan Startap Zirvəsi” də bu il keçiriləcək tədbirlər sırasında yer alır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »