İranda qan donduran görüntülər… Arvadının başını kəsərək poza verib

0

İranın Xuzistan əyalətində bir şəxs əlində arvadının kəsilmiş başı ilə poza verib və həmin anları sosial media hesabında paylaşıb. 17 yaşlı arvadının başını kəsən qatil ər və cinayət ortağı qardaşı yerli polis həbs edib. Görüntülərin yayılması ölkəni ayağa qaldırıb. Digər tərəfdən bədbəxt qadının ərinin zorakılığından Türkiyəyə qaçdığı, lakin qatil ərinin onu taparaq İrana geri apardığı öyrənilib.

 EVDƏN QADIN CƏSƏTİ TAPILDI!

İranın “Rokna” xəbər saytı qatil ərin və ortağı qardaşının hadisədən sonra, yerli polis tərəfindən həbs edildiyi bildirilir. Digər tərəfdən, polisin öldürülən qadının cəsədini evində tapdığı bildirilib.

Hadisə ilə bağlı Xuzistan Baş Prokurorluğunun verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Bu gün Əhvazda qətl hadisəsi baş verib və daha sonra qatil şəhərin küçələrindən birində insanların psixoloji təhlükəsizliyinə xələl gətirərək, qətl törətdiyini nümayiş etdirib. Polisin səyi və lazımi məhkəmə qərarlarının verilməsi ilə qətlin səbəbkarları hadisədən saatlar sonra müəyyən edilərək, həbs edilib. Yerli məhkəmə bu hadisədə təqsirləndirilən şəxslərlə qəti və tez bir zamanda məşğul olacaq”.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »