Prezidentdən taksi fəaliyyətilə bağlı tapşırıq – HÖKUMƏTƏ 3 AY VAXT VERİLDİ

0

Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi üçün yeni tələblər tətbiq ediləcək.

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlayacaq.

Marja xəbər verir ki, bu barədə Prezidenrt İlham Əliyevin bugün imzaladığı “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanıdan məlum olur.

Fərman ilə verilən tapşırığa görə, Nazirlər Kabineti hüquqi aktların layihələrini üç ay müddətində hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, Fərman ilə Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Farman, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alınıb.

Fərman ilə, Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »