Pakistanın baş naziri 23 ildən sonra, ilk dəfə Rusiyaya rəsmi səfər edəcək

0

Pakistanın baş naziri İmran Xan 2022-ci ilin fevralında rəsmi səfərlə Rusiyaya gələcək,

İctimairey.az  xəbər verir ki, bu gün, fevralın 6-da Wion telekanalı diplomatik mənbələrə istinadən xəbər verir.

İmran Xan Pakistanın son 23 ildə Rusiyaya səfər edən ilk baş naziri olacaq. Səfər Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə baş tutacaq. Səfər böyük əhəmiyyət kəsb edəcək, çünki onun gündəliyinə ikitərəfli münasibətlər, Əfqanıstandakı vəziyyət, müdafiə sahəsində əməkdaşlıq üzrə danışıqlar və uzunluğu 1100 kilometrdən çox olan şimal-cənub boru kəmərinin (Pakistan axını) həyata keçirilməsi daxildir. Boru kəmərinin tikintisi idxal qazının Kəraçi liman şəhərindən Pakistanın Pəncab əyalətindəki yükləmə mərkəzinə nəqlini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Pakistanın baş nazirini kabinetinin yüksək səviyyəli nazirlərindən ibarət  nümayəndə heyəti müşayiət edəcək.

Mənbələr bildirir ki, bu səfərin təfərrüatları Pakistan Xarici İşlər Nazirliyi tərəfindən açıqlanacaq.

Rusiyaya səfər edən sonuncu Pakistan baş naziri 1999-cu ilin martında iki günlük səfər edən Nəvaz Şərif olub.

Qeyd edək ki,  Pakistan “Pakistan axını” qaz kəmərini həyata keçirməyə hazır olduğunu bildirib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »