SON DƏQİQƏ: Stoltenberq və Liz Truss  Ukraynaya müdaxilənin nəticələri barədə xəbərdarlıq ediblər

0

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss  və NATO-nun baş katibi Yens Stoltenberq NATO üzvlərinin birliyini və Rusiyanın Ukraynaya planlaşdırılan işğala görə ödəməli olacağı “böyük bədəli” açıqlayıb. Truss bu barədə şənbə günü alyansın rəhbəri ilə telefon danışığından sonra özünün Twitter səhifəsində yazıb.

“Mən NATO-nun baş katibi Yens Stoltenberqlə danışdım. Biz razılaşdıq ki, Rusiya Ukraynaya qarşı sabitliyi pozan fəaliyyətini dayandırmalıdır, NATO-ya üzvlüklə bağlı qərarlar NATO və NATO müttəfiqləri, eyni zamanda daxil olmaq istəyənlər tərəfindən verilməlidir. Rusiyanın istənilən işğalı üçün, böyük bir bədəl ödəməli olacaq.” Böyük Britaniya Xarici İşlər Naziri açıqlamada bildirib.

Son zamanlar Qərb ölkələrində, eləcə də Ukraynada Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırmışdı. O vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, o, bu cür bəyanatlara haqq qazandırmaq üçün, təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqindəki böhranın həlli üçün, gücdən istifadə cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »