Ford çip çatışmazlığı səbəbindən 8 zavodunda istehsalı dayandıracaq

0

Ford Motor (FM) gələn həftə ABŞ, Meksika və Kanadadakı səkkiz zavodunda çip tədarükü məhdudiyyətlərinə görə istehsalı dayandırmağı və ya azaltmağı planlaşdırır.

 İctimairey.az xəbər verir ki, bu barədə FM-un sözçüsü cümə günü mediyaya bildirib.

Dəyişiklik Detroitdə yerləşən avtomobil istehsalçısının çip çatışmazlığının cari rüb üçün, avtomobil satışlarının aşağı düşməsinə səbəb olacağı xəbərdarlığından bir gün sonra baş verib.

Miçiqan, Çikaqo və Meksikanın Kuautitlan şəhərlərindəki fabriklərdə istehsal dayandırılacaq. Kanzas Sitidə F-150 pikap istehsalı dayandırılacaq, Transit furqon istehsalı isə, bir növbəli olacaq.

Detroit avtomobil istehsalçısı həmçinin Dearborn, Kentucky və Louisville zavodlarında bir növbəli və ya qısaldılmış iş saatları ilə işləyəcək, həmçinin Kanadadakı Oakville zavodunda da iş vaxtını azaldacaq.

Bütün dəyişikliklər fevralın 7-dən başlayan həftə ərzində qüvvəyə minəcək.

Avtomobil istehsalçısı gözləniləndən daha kiçik rüblük mənfəəti bildirdikdən və 2022-ci ildə avtomobil istehsalında rəqib General Motors (GM) ilə müqayisədə daha yavaş bərpa olunacağını proqnozlaşdırdıqdan sonra, Ford səhmləri cümə günü ucuzlaşıb.

Bununla belə, şirkət ilin ikinci yarısında avtomobil satışlarında əhəmiyyətli artım gözlədiyini bildirib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »