SON XƏBƏR: Aİ Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırıb

0

Avropa İttifaqı Azərbaycana 2 milyard avro məbləğində maliyyə paketi verəcək.

İctimairey.az xəbər verir ki, , bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Avropanın Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheli deyib.

Brüssel bu məbləği iqtisadi investisiya planının bir hissəsi kimi ayıracaq.

Varheli həmçinin Aİ-nin Azərbaycanda aparılan bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu açıqlayıb. Tərəflər regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.

Komissar Oliver Varhelyi qeyd edib ki, Azərbaycanla tərəfdaşlıq Aİ üçün böyük əhəmiyyət kəsb edir və bu əlaqələrin daha da gücləndirilməsi vacibdir. O, Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »