Astarada “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

0

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Suparibağ kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

İctimairey.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəblilərin mövzu ilə bağlı rəsm sərgisinə baxıblar.

Toplantıda çıxış edən Astara Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev, Şöbənin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis kapitanı Ceyhun Abdulov, Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev və başqaları ölkəmizdə, o cümlədən Astara rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyaya qarşı mübarizə sahəsində görülmüş işlərdən danışıblar.

Tədbirdə, həmçinin erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələri barədə məktəblilər məlumatlandırılıb. Sonra tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı videoçarxı izləyiblər.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »