Sumqayıtda istehlaka yararsız 36 ton müxtəlif növ süd məhsulları məhv edilib 

0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 36.01 ton müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Məlumata görə, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün, ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »