Ermənistan sakinləri Rusiyanı ölkənin 3 əsas düşməni sırasına daxil edib

0

Ermənistan sakinləri Rusiyanı ölkələri üçün təhlükə yaradan ilk 3 dövlətin sırasına daxil edib. Bu barədə Ermənistan vətəndaşları arasında aparılan sorğunun nəticələrinə görə məlumat verilib.

Araşdırmaya görə, sorğu iştirakçılarının 11 faizi Moskvanı təhlükə hesab edir. Birinci yeri 88 faizlə Türkiyə, ikinci yeri Azərbaycan (81 faiz) tutub.

Eyni zamanda, sorğuda iştirak edən ermənilərin 57 faizi Rusiyanı öz ölkələrinin ən mühüm siyasi tərəfdaşı, daha 50 faizi Fransanı, 38 faizi ABŞ-ı əsas tərəfdaş hesab edib.

Respondentlərin 61 faizi Rusiyanı Ermənistanın, 40 faizi İranın, 29 faizi Çinin əsas iqtisadi tərəfdaşı kimi göstərib.

Ermənistan vətəndaşlarının Rusiyaya mühacirətinin artdığı da  qeyd edilib.

2017-ci ildə analoji sorğu Rusiyada da keçirilib. RBC xəbər verir ki, sorğu iştirakçıları ölkənin əsas düşmənləri kimi ABŞ (68 faiz), Ukrayna (29 faiz) və Avropa İttifaqını (14 faiz) adlandırıblar. Respondentlər həmçinin keçmiş sovet respublikalarına (10 faiz), Polşaya (8 faiz), Almaniya, NATO və İngiltərəyə (hər biri 6 faiz) səs veriblər.

Ümumilikdə, sorğuda iştirak edənlərin 66 faizi Rusiyanın düşmənləri olduğunu təsdiq edir, 21 faizi isə onları inkar edir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »