SON DƏQİQƏ: Gürcüstan covid-pasport sistemini ləğv etdi

0

Gürcüstan hakimiyyəti ictimai yerlərdə Covid-pasport sistemini səmərəsiz hesab etdiyi üçün, ləğv etmək qərarına gəlib.

İctimairey.az xəbər verir ki, bunu Koronavirusla Mübarizə üzrə Koordinasiya Şurasının operativ qərargahının rəhbəri Georgi Gibradze deyib.

Gibradzenin sözlərinə görə, yoluxmaların sayı xeyli artıb və buna görə də yaşıl pasport sistemi indi o qədər də effektiv deyil və ölkə daxilində istifadə olunmayacaq. Eyni zamanda, xaricə səyahət etmək istəyənlər üçün, covid-pasportlar hələ də tələb olunacaq.

Gibradze qeyd edib ki, omikron ştammı ilə kütləvi yoluxmalara baxmayaraq, koronavirusla bağlı vəziyyət idarə oluna bilər.

Qeyd edək ki, dekabrın 1-dən Gürcüstanda covid-pasportlar və ya yaşıl pasportlar sistemi fəaliyyət göstərirdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »