Xaçmaz rayonunda “ВАЗ” markalı minik avtomobili qarda batıb

0

Xaçmaz rayonunun Ağyazı Buduq kəndində, içərisində 2 nəfərin olduğu “ВАЗ” markalı minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

İctimairey.az-a FHN-in mətbuat xidmətindən  bildiriblər ki, müraciətlə əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »