“Wizz Air Abu Dhabi”  aviaşirkəti İrəvana uçuşlara başlayacaq

0

Büdcə aviaşirkəti Wizz Air Abu Dhabi tezliklə İrəvana uçuşlara başlayacaq.

Ictimairey.az xəbər verir ki, bu barədə razılıq Ermənistan prezidenti Armen Sarkisyanın BƏƏ-yə rəsmi səfəri çərçivəsində əldə olunub.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Armen Sarkisyan BƏƏ-nin yüksək vəzifəli şəxsləri ilə görüşüb və iki ölkə arasında hava rabitəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair yeni razılaşmalar əldə edib.

Qərara alınıb ki, Wizz Air Abu Dhabi yaxın vaxtlarda İrəvana uçuşlara başlasın. Sarkisyanın qeyd etdiyi kimi, iki ölkə arasında yaradılan yeni hava körpüsü Ermənistan və BƏƏ arasında ticarət-iqtisadi və biznes əlaqələrinin gücləndirilməsi istiqamətində daha bir mühüm addımdır və bu, xüsusilə turizmin inkişafı üçün mühüm stimul olacaq.

Qeyd edək ki, aşağı büdcəli Wizz Air Abu Dhabi aviaşirkəti 2020-ci ilin noyabr ayından fəaliyyət göstərir və dövlətə məxsus ADQ (səhmlərin 51%-nə sahibdir) və Wizz Air Holdings (qalan 49%) arasında birgə müəssisədir. Aşağı büdcəli aviaşirkət Abu Dabi Beynəlxalq Hava Limanında yerləşir.

 

 16 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »