Ter-Petrosyan: Paşinyan rejimi nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamağa çalışır

0

Paşinyan rejimi nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamağa çalışır.

İctimairey.az xəbər verir ki, Bunu Ermənistandakı daxili siyasi bvəziyyətlə bağlı sualına cavab olaraq, respublikanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

O, xüsusilə aşağıdakı məqamları vurğulayıbdı:

  1. Paşinyan rejimi vasitələr arasında fərq qoymadan nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamağa çalışır.

  2. Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi müxalifət daxili ziddiyyətlərə baxmayaraq, həm də vasitələr arasında fərq qoymur, nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirməyə çalışır.

  3. Müvafiq olaraq, hər üç düşərgədə dövlət maraqları barədə tam məlumatsızlıq var ki, bunun qaçılmaz nəticəsi millətimizi təhlükəyə atacaq yeni fəlakətlərdir.

  4. Çıxış yolu axtarmaq yalnız münaqişə tərəflərinin və ziyalıların üzərinə düşür.

  5. Hal-hazırda cəmiyyətin müxtəlif təbəqələrinin vəziyyətə təsir rıçaqları yoxdur. Siyasi, elm və informasiya sahəsində fəal oyunçular demək olar ki, bütünlüklə adı çəkilən üç düşərgənin maraqlarına xidmət edir.

 37 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »