SON XƏBƏR: Türkiyə hərbçiləri Şimali İraqda 6 terrorçunu məhv edib

0

Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün, yanvarın 16-da İraqın şimalında kürd silahlı birləşmələrinin altı silahlısının zərərsizləşdirildiyini açıqlayıb.

“Terrora və terrorçulara qarşı mübarizəmiz effektiv və qətiyyətlə davam edir. İraqın şimalında tapılan 6 PKK terrorçusu zərərsizləşdirilib”, – nazirliyin “Twitter” səhifəsində bildirilib.

İctimairey.az xəbər verir ki,  bundan əvvəl İraq xəbər portalı Shafaq news bildirmişdi ki, Türkiyə ordusunun İraqın Mosul şəhərinin şimal-şərqindəki Neynəva əyalətində yerləşən Zlikan hərbi bazası yanvarın 16-na keçən gecə raket hücumuna məruz qalıb – üç raket partlayıbdı. Türkiyə əsgərlərindən heç kim xəsarət almayıb, yalnız maddi ziyan dəyib. Türkiyə artilleriyası raket atıldığı iddia edilən yerə cavab atəşi açıb.

Şimali İraqda Türkiyə Silahlı Qüvvələrinin hava və quru əməliyyatları apardığı PKK bazaları var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ilin iyul ayından etibarən, ölkə daxilində 6 min, onun hüdudlarından kənarda isə, 6,9 min PKK üzvünün məhv edildiyini açıqlayıb, Türkiyə təhlükəsizlik qüvvələrinin itkiləri 1,2 min nəfərdən çox olub.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »