Masallı boksçusu Azərbaycan Çempionatında bürünc medal qazanıb

0

Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən boks üzrə Azərbaycan Çempionatında Masallı boksçusu Qəyyum Quliyev bürünc medal qazanıb.

İctimairey.az  Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, xəbər verir ki, ölkəmizin müxtəlif şəhər və rayonlarından 29 komandanın heyətində 100 boksçusunun qatıldığı Respublika Çempionatında Masallı komandasını iki boksçu– Camal Səfərli (60 kq) və Qəyyum Quliyev (51 kq) təmsil edib.

Camal Səfərli mübarizəni 1/4 finalda dayandırsa da, digər masallı idmançısı Qəyyum Quliyev növbəti mərhələyə yüksəlib.

Yekun nəticə olaraq, Qəyyum Quliyev çempionatı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, mükafatçılar Respublika yığmasının heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

 13 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »