İddialı ermənilər  məkrli hərəkətlərindən, vərdişlərindən əl çəkə bilmirlər.

0

Xaricdəki erməni lobbisinin və Ermənistan rəsmilərinin guya, 1990-cı ilin yanvarında Azərbaycanda törədilmiş “erməni qırğınları” barədə iddiaları həqiqətən də absurddur.

 Bu kimi iddialar ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri terror aktlarının, soyqırımlarının və işğalların üstünü ört-basdır etməyə, dünya ictimaiyyətində yanlış təsəvvürlər formalaşdırmağa xidmət edir. Bu, ənənəvi erməni taktikası, erməni hiyləgərliyidir. Biz son 30 ildə ermənilərin bu cür uydurma təbliğat cəhdlərini çox görmüşük.

Əfsuslar olsun ki, onlar İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğradıqdan sonra da, bu cür məkrli hərəkətlərindən, vərdişlərindən əl çəkə bilmirlər.

Əslində keçmiş “Dağlıq Qarabağ münaqişəsi” başa çatandan sonra ermənilər bu kimi ənənəvi anti-Azərbaycan ritorikasından, milli ədavəti qızışdırmağa xidmət edən təbliğat metodlarından tamamilə imtina etməli və Azərbaycanla konstruktiv münasibətlərin yaradılması, qalıcı sülhün bərqərar olması yolunu seçməliydilər.

Ancaq çox təəssüf ki, biz bunu görmürük. Ermənilər Azərbaycana məğlub olsalar da, lakin öz içlərindəki iblisin əsarətindən qurtulmağı, sağlam topluma çevrilmək üçün hər şeyə yeni başdan başlamağı bacarmırlar.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

 26 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »