SON DƏQİQƏ: Ermənistan və Türkiyə nümayəndə heyətləri Moskvada Rusiya Xarici İşlər Nazirliyinin qəbul evində görüş keçirir

0

Ermənistan və Türkiyə nümayəndə heyətləri Moskvada Rusiya Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin ilk görüşünün keçiriləcəyi qəbul evinə gəlib,

Ermənistanın xüsusi nümayəndəsi Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan, Türkiyə tərəfindən isə, ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır.

 Qeyd edək ki, Moskva İrəvanla Ankara arasında birbaşa dialoqun qurulmasına kömək edir.

İctimairey.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yekun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ölkələr arasında münasibətlərin normallaşması prosesinin başlanması üçün, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin təyin edilməsi ilə bağlı razılığın əldə olunmasına kömək edib.

“Biz çox şadıq ki, ilk görüş Moskvada keçirilir. Bizim rolumuz birbaşa dialoqun qurulmasına kömək etməkdir, ümid edirəm ki, uğurlu olacaq”.

Qeyd edək ki, hazırda, yanvarın 14-də Moskvada İrəvan və Ankaranın xüsusi nümayəndələrinin ilk görüşü keçirilir.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »