Saxta dosent Zehra Sülal Atalay Laçın azadlığa buraxıldı

0

Dosentlik vəsiqəsinin saxta olduğu aydınlaşdıqdan sonra, həbs edilən Zehra Zülal Atalay Laçının azadlığa buraxılmasına qərar verilib.

Aksaray Universitetində dosentlik vəsiqəsinin saxta olduğu iddiası ilə cinayət işi açıldıqdan sonra həbs edilən Zehra Zülal Atalay Laçın ‘fırıldaqçılıq’ ittihamı ilə 1 il 3 ay həbs və 11 min 300 lirə pul cəzasına məhkum edilmişdi.

Bu hökmün elanı təxirə salınıb. Laçın da “saxta sənəd hazırlamaq” maddəsi ilə 2 il 1 ay həbs cəzasına məhkum edilib və onun azadlığa buraxılmasına qərar verilib.

 Qeyd edək ki, Laçın “dövlət qurum və təşkilatlarına zərər vurmaqla dələduzluq etmək” maddəsi ilə 4 ildən 10 ilə qədər həbs cəzası ilə də mühakimə olunurdu.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »