Ermənistanın müdafiə naziri və Rusiya sülhməramlılarının Qarabağdakı yeni komandiri missiyanın gedişatını müzakirə ediblər

0

Suren Papikyan və Rüstəm Muradov regional təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar

İctimairey.az xəbər verir ki, bu barədə respublikanın hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb ki, bu gün, cümə axşamı Ermənistanın müdafiə naziri Suren Papikyan, Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı, general-mayor Andrey Volkov missiyanın gedişi və regional təhlükəsizlik məsələlərini  müzakirə ediblər.  

“Müdafiə naziri general-mayor Andrey Volkovu yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona sülhməramlı missiyanın gedişində uğurlar arzulayıb. Tərəflər Rusiya Federasiyasının regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsi istiqamətində, eləcə də, Artsaxdakı (tanınmamış Dağlıq Qarabağ Respublikası) sülhməramlı missiyanın tərəqqisi və effektivliyi  səylərini yüksək qiymətləndiriblər. Həmsöhbətlər həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar”, – məlumatda qeyd olunur.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »