Ermənistan parlamentinin sədri ABŞ senatorunu və iki konqresmeni medallarla təltif edib. XÜSUSİLƏ…

0

Ermənistan parlamentinin sədri Alen Simonyan ABŞ senatoru Edvard Markini və Nümayəndələr Palatasının üzvləri Devid Prays və Vern Byukananı Ermənistanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə mükafatlandırıb.

İctimairey.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti  məlumat verib.

ABŞ rəsmiləri Ermənistan-Amerika parlamentlərarası dostluq əlaqələrinin inkişafına və möhkəmlənməsinə xidmətlərinə görə mükafatlandırılıblar.

Xüsusilə, Edvard Markey Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması və pislənməsinə, Artsax probleminin beynəlxalq parlament platformalarında qaldırılmasına və Artsaxın müstəqilliyinin tanınmasının təbliğinə yönəlmiş ermənipərəst fəaliyyətinə görə “Şərəf” medalı ilə təltif edilib.

Konqresmenlər Devid Prays və Vern Byukenan da Ermənistan parlamenti ilə Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komissiyası arasında fəal əməkdaşlıq qurduqlarına görə “Şərəf” medalı ilə təltif ediliblər.

 

 28 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »