Həkim-infeksionist: “Omikron” uşaqlarda çox nadir hallarda ağırlaşmaya səbəb olur

0

İki gün əvvəl yeni növ koronavirusun (COVID-19) yeni ştamı olan “omikron”un ölkəmizdə də qeydə alınması barədə məlumat verildi. Yeni ştam virusun başqa növlərinə nisbətən daha tez yayılır.

İctimairey.az xəbər verir ki, həkim-infeksionist Ramin Nəriman uşaqların həmin virusdan qorunması barədə danışarkən deyib: “Omikron”un əlamətləri arasında boğaz ağrısı, yüngül qızdırma və yorğunluq var. “Omikron” COVID-19-un digər ştamlar kimi uşaqlarda hər hansı bir təhlükə yaratmır. Onun uşaqlarda hər hansı bir ağırlaşma yaratdığı demək olar ki, müşahidə olunmur və ya çox nadir hallarda olur. “Omikron” ştamında müəyyən fərqləndirici əlamətlər var. Məsələn, xəstələr daha çox başağrılarından, burun tutulması, zökəm əlamətləri, dərman müalicəsinə tabe olmayan öskürək tutmalarından daha çox şikayət edirlər. Ağciyər zədələnməsi nisbətən az olur və ləng zədələnmə baş verir”.

“Omikron” ştamına yoluxan uşaqların müalicəsi əvvəlki ştamların müalicəsində istifadə olunan üsullarla aparılmalıdır. Bu virusun öldürücülük təsiri “delta” ştamı ilə müqayisədə zəifdir. Bunu ştamın indiyədək yayıldığı ölkələrdə aparılan statistikadan da görmək mümkündür. Həkimlər xüsusilə uşaqların sosial məsafə gözləməsini, tibbi maska taxmasını və kütləvi yerlərdən uzaq olmasını məsləhət görürlər.

Həkimlərin dediyinə görə, uşaqların tənəffüs yolları böyüklərdən daha kiçik olduğuna görə azyaşlılar arasında virus daha tez yayıla bilər.

 

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »