Bu gün şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılır

0

Yanvarın 12-si saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı (www.sy.edu.az) vasitəsilə sorğuların qəbulu müvəqqəti dayandırılacaq.

İctimairey.az-a Təhsil Nazirliyindən bildirilib ki, səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsidir. Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır. Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »