WhatsApp-a yeni funksiya: Şəkillər bildirişlərə gəlir

0

WhatsApp-a gələn funksiyaları və dəyişiklikləri izləyən WABetaInfo saytının xəbərinə görə, profil şəkli artıq bildirişlərdə görünəcək.

WhatsApp ötən aylarda 2022-ci ildə buraxmağı planlaşdırdığı funksiyalardan danışdı və o, Facebook-un yeni Meta çərçivəsi və onun yeni anlayışı Metaverse ilə uyğunlaşmaq üçün işə başladı.

İctimairey.az WABetaInfo xəbərinə görə bildirir ki, bu işlərdən birincisi profil fotosunda…

Çat tətbiqi insanların çoxlu qruplarda olduğuna və bu qruplarda qeyd olunduğu halda yazılı bildirişlərin kifayət etmədiyinə qərar verir və bildirişlərdə profil şəkillərini göstərmək üçün, işə başlayır. Yeni funksiya, söhbətdə onun adı çəkiləndə istifadəçini xəbərdar edir.

Hazırda istifadəçi yalnız kimsə mesaj göndərəndə mətn xəbərdarlığı alır. Yeni funksiya gələrsə, həmin şəxsin profil şəkli də bildirişdə görünəcək. Bu kiçik tənzimləmə istifadəçilərə daha sürətli məlumat verəcəkdir.

WABetaInfo-nun xəbərinə görə; Bu dəyişiklik bildirişləri bir az daha informativ etmək üçün, xüsusi olaraq hazırlanmış daha böyük yeni funksiyanın bir hissəsidir. Funksiya hazırda sınaq mərhələsindədir və yalnız iOS 15-də beta test edənlər üçün əlçatandır. Bu funksiyanın Android-də də mövcud olub-olmayacağı ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »