Gəncədə narkotik istifadəçinin evindən 8 kq 350 qram aşkarlanıb

0

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arzu Kərimov saxlanılıb.

İctimairey.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilib və oradan parça torbada ümumi çəkisi 8 kiloqram 350 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər səhər sakini Turac İbrahimovun üzərindən qanunsuz yolla əldə edib saxladığı heroin aşkarlanıb. Uzun müddət narkotik vasitə istifadəçisi olduğunu bildirən T. İbrahimovun yaşadığı evə baxış keçirilən zaman isə yardımçı tikilidən külli miqdarda heroin aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

 

 

 23 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »