ABŞ Siyahıyaalma Bürosunun rəqəmlərinə görə, keçən il dünya əhalisinin sayında 0,9 faiz artım olub. Hazırda 7, 8 milyarda çatıb.
2022-ci ildə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm gözlənildiyi qeydə alınıb. ABŞ əhalisi 707 min nəfər artaraq, 332,4 milyon nəfərə çatıb. Ölkədə əhalinin illik artımı 0,2 olaraq ölçülüb.
Yeni ildən başlayaraq ABŞ-da doğumdan, ölümdən və beynəlxalq immiqrasiyadan hər 40 saniyədə bir nəfərin əhaliyə daxil olması gözlənilir. ABŞ-da hər 9 saniyədə bir doğum, hər 11 saniyədə bir ölüm gözlənilir. Həmçinin hər 130 saniyədən bir beynəlxalq miqrasiyadan bir nəfərin əhaliyə əlavə olunacağı bildirilir.
ÇİN VƏ HİNDİSTAN İLK SIRADA
Dünyanın ən çox əhalisi olan ölkə 1 milyard 439 milyon 323 min nəfərlə Çindir. Onu 1 milyard 380 milyon 4 min nəfərlə Hindistan izləyir. ABŞ üçüncü yerdədir.
Yeri gəlmişkən, TÜİK-in 2020-ci il məlumatlarına görə Türkiyə 83 milyon 384 min əhalisi ilə dünyada 19-cu yerdədir.
Azərbaycanda son məlumata görə, əhalinin sayı 10 milyon 119,1min nəfərdir.
Comments are closed.