BMT: Myanmada hərbçilər 11 mülki vətəndaşı öldürüb və cəsədini yandırıblar

0

Meyidlərin içərisində günahsız 5 uşaq olub.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Myanmada hərbçilər tərəfindən yandırılan 11 mülki şəxsin öldürüldüyünü təsdiqləyib.

BMT-nin Cenevrədəki ofisində həftəlik brifinqdə İHAK-ın sözçüsü Rupert Kolvil bildirib ki, Myanmada demokratik yolla seçilmiş hakimiyyət devriləndən sonra, yəni son 10 ayda bu ölkədə insan hüquqlarının pozulması faktları görünməmiş miqyas alıb.

Kolvil bildirib ki, Myanma Baş Qərargahının nümayəndələri dekabrın 7-də Saqainq qraflığında bir qrup hərbçinin uzaqdan idarə olunan partlayıcı qurğulardan istifadə etməklə, qiyamçılar tərəfindən pusquya salındığını bildirib.

Buna cavab olaraq hərbçilər Done Tav kəndi yaxınlığında əməliyyat təşkil edib və orada 5-i azyaşlı olmaqla, ondan çox adamı öldürüb və meyidləri yandırıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »