Putin qəzəblənib: Zelenskinin bu addımı…

0

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələr Günündə Donbass cəbhəsinə səfər edib.

Ukrayna prezidentinin bəyanatına görə, Zelenski səfəri çərçivəsində cəbhədəki 5 əsgəri dövlət ordeni ilə təltif edib.

“Bu gün sizinlə olmaq şərəfinə nail oldum. Ukraynanın ərazi bütövlüyünü və suverenliyini qoruduğunuza görə minnətdaram”, – Zelenski əsgərlərə deyib.

Xarkovda keçirilən bayram mərasimində Ukrayna prezidenti də iştirak edib.

Ölkənin müxtəlif şəhərlərində mərasimlər keçirilərkən, Kiyevin Mixaylivska meydanında təşkil edilən mərasimdə Ukrayna Silahlı Qüvvələrində istifadə olunacaq “Humvee” cipləri sərgilənib.

“Ukrayna Silahlı Qüvvələri Günü” 1991-ci il noyabrın 6-dan hər il qeyd edilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »