Vücuhi Hürkuşun yaratdığı “Hürkuş” təyyarələri 100 ildən sonra Azərbaycanda – FOTO

0

Bütün xəbər qaynaqları Azərbaycanın Türkiyədən ” Hürkuş ” hərbi təlim təyyarələri aldığı, ilk sınaq uçuşunun kecrildiyi məlumatını yayıb.

Türkiyənin Azərbaycandakı səfiri Çahid Bağçı ” Hürkuş “un sınaqdan kecrilməsi törəninə qatılıb, bu barədə tviter hesabında xoş xəbəri paylaşıb.

Hürkuş adı zehnimdə Qafqaz cəbhəsində əsir düşüb, Azərbaycanın milli qüvvələri tərəfindən Nargin adasından qacırılan ilk türkiyəli pilot kimi qalıb. Nargin adasında Türk əsirlərinin qacırılıb İran üzərindən saxta posportlarla Türkiyəyə göndərilməsini araşdıran zaman, Türkiyənin ilk peşəkar pilotunun adının da bu siyahıda olduğunu tarixi qaynaqlarla müəyyənləşdirdim. Bu, indi coxlarının film, kitab, reportaj səbəbi olan Nargin adasından bir kəlmə belə danışılmadığı 2012 – ci ilə təsadüf edir.

Vücuhi Hürkuş Qafqaz cəbhəsində Rus hərbi qüvvələrinin bir təyyarəsini vurub sıradan cıxarıb, yaralı halda əsir düşür, sonra Nargin adasına gətirilir. Bir qədər sonra azərbaycan türkləri tərəfindən adadan qacırılır, libası dəyişdirilir, saxta pasportla Astara üzərindən İrana kecirilir.

Vecihi bəy İstanbula qayıtdıqdan sonra, Atatürkün Anadoluda başladığı İstiqlal hərəkatına qatılır, yunan uçaqlarına zərbələr vurur. Sonradan hərbi vertolyotların istehsalına başlayan Hürkus 1969 – cu ildə Ankarada vəfat edir.

Tarixə , taleyə bax ! 1918 – ci ilin bir bahar günü azərbaycanlı qardaşları tərəfindən ölüm adasından qacırılan Hürkuş bəyin adını daşıyan “Hürkuş” təyyarələri 100 ildən sonra, qardaşlarının səma təhlükəsizliyinə xidmət ücün gətirilir.

Budur tarixi həqiqət, budur qardaşlıq, eyni soy-kökün daşıyıcısı olmaq!

Akif Aşırlı

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »