Qusarda dəhşətli yanğın: Yanmış meyid aşkarlandı

0

Qusar rayonunun Gündüzqala kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli (hər mərtəbəsi 150 m², aynabənd və pilləkən qəfəsi taxta konstruksiyalardan ibarət) aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 260 m² sahədə yanıb.

İctimairey.az-a Qusar rayonu FHN-in filialından daxil olan məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »