Kabulda məktəb binasının qarşısında partlayış baş verib

0

Əfqanıstanın paytaxtı Kabulda güclü partlayış baş verib, nəticədə insanlar xəsarət alıb.

İctimairey.az xəbər verir ki, bu barədə noyabrın 30-da yerli telekanallar məlumat yayıb.

Məlumata görə, partlayış orta məktəb binasının yaxınlığında, yol kənarındakı mina partlayıb.

Şahidlər azı beş nəfər zərərçəkən olduğunu bildiriblər. Onların arasında radikal Taliban hərəkatının nümayəndələri də var.

Xatırladaq ki, noyabrın 25-də Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində partlayıcı qurğu işə düşüb, nəticədə 5 uşaq həlak olub.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »