NATO polkovnik-leytenantı Anton Semelrot: Qısa müddət ərzində Latviyaya 40 mindən çox NATO əsgəri göndərilə bilər – FOTO

0

NATO polkovnik-leytenantı Anton Semelrot: Qısa müddət ərzində Latviyaya 40 mindən çox NATO əsgəri göndərilə bilər.

Pentaqon Latviyanın ABŞ-ın hərbi qüvvələrinin ölkəsində yerləşdirilməsi istəyinə münasibət bildirib
Birləşmiş Ştatların Müdafiə Nazirliyi Latviyadakı ABŞ hərbi varlığının gücləndirilməsi və ona Amerikanın “Patriot” zenit-raket komplekslərinin göndərilməsi imkanları ilə bağlı hələlik heç bir açıqlama verməyəcək.
İctimairey.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi polkovnik-leytenant Anton Semelrot bildirib.

Semelrot TASS-a müsahibəsində Latviyanın müdafiə naziri Artis Pabriksin əvvəlki açıqlamalarını şərh edərək, “Elan edəcək heç bir xəbərimiz yoxdur” deyib.

Xatırladaq ki, bir müddət əvvəl Latviyanın müdafiə naziri Artis Pabriks demişdi ki, Latviya Rusiyanı cilovlamaq üçün öz ərazisində ABŞ-ın daimi hərbi mövcudluğuna ehtiyac duyur. Onun sözlərinə görə, ölkə ABŞ-ın Patriot raketləri ilə müdafiəsini gücləndirmək istəyir.

Qeyd edək ki, noyabrın 29-da axşam ABŞ dövlət katibi Entoni Blinken NATO-nun nazirlər toplantısında iştirak etmək, həm də latviyalı həmkarları ilə görüşmək üçün Riqaya gəlib. Xarici işlər nazirliklərinin rəhbərlərinin Latviya və ABŞ-ın NATO qarşısında öhdəlikləri və transatlantik təhlükəsizlik məsələlərini müzakirə edəcəyi planlaşdırılır. Onlar həmçinin qlobal çağırışların həlli üçün koordinasiyanın təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »