İraqın Mosul şəhərində restoranda “robot ofisiantlar” işə başlayıb – FOTO

0

İraqın Mosul şəhərində bir qrup universitet tələbəsi tərəfindən açılan restoranda robot ofisiantlar işə başlayıb.

Mosul şəhərinin mərkəzində bir müddət əvvəl açılan restoranda xidmət etməyə başlayan robot ofisiantlar maraqla qarşılanıb. Bildirilib ki, müştərilərə sifarişdən xidmətə qədər hər cür xidmət təklif edə bilən robotlar 15 çeşiddən ibarət menyu təqdim edə bilir.

Öyrənilib ki, restorana gələn müştərilər masalar üzərində quraşdırılmış rəqəmsal menyu sistemi ilə mətbəxə sifarişlərini göndərir və yeməkləri mətbəxdən götürən robot ofisiantın xidmət göstərəcəyi masaya doğru irəliləyirlər.

Restoran sahibi Rami Əbdürrəhman bildirib ki, Ərəb ölkələrində Birləşmiş Ərəb Əmirliklərindən sonra, ilk dəfə İraqda tətbiq edilən robot ofisiant xidməti müştərilərin böyük marağına səbəb olub. Stomatologiya fakültəsində təhsil alan Əbdürrəhman bu işə özü kimi bir neçə universitet tələbəsi ilə başladığını bildirib.

Robotun ağıllı planşetlə hərəkət etdiyini bildirən Əbdürrəhman xidmət edəcəyi masaya doğru yol aldığını və qarşısından kimsə keçəndə danışa bildiyini qeyd edib. Əbdürrəhman restoranda ayrıca bölmə ayırdıqları uşaqların da smart planşetlərdə oyunlarla vaxt keçirmək imkanının olduğunu bildirib.

Restoranın müştərilərindən Selim Kado bura xüsusilə Mosulun bir rayonundan robot ofisiantlarla maraqlandığı üçün gəldiyini bildirib. Robortu yaxından görməkdən məmnun olduğunu bildirən Kado, “Robot ofisiantın restoranda gəzməsi çox qeyri-adi haldır. Bura gələn hər kəs sifariş verməzdən əvvəl telefonunu götürüb video çəkməyə başlayır” deyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »